CNBC 2023-cü ildə ən çox azalan pul vahidindən yazıb

Misir funtu 2023-cü ilin yanvarın 1-dən ən pis performans göstərən pul vahidlərinin sırasında 6-cı yerdə qərarlaşıb. Belə ki, dollara nisbətdə 20%-ə qədər enib. Daha da azalacağı isə proqnoz edilir. 2022-ci ildə dəyərini 50%-dən çox itirib. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, fevralda Misirdə inflyasiya son 5 ilin ən yüksək səviyyəsinə çatıb və illik əsasda 31.9% yüksəlib. Vəziyyətin daha da pisləşməsinə təsir edən amillər sırasında isə Ukrayna müharibəsindən dolayı ərzaq və enerjinin dəyərinin yüksəlməsidir.

Qeyd edək ki, çərşənbə günü isə 1 Misir funtu dollara nisbətdə 30.85 dollara ticarət edilib. 

Related posts

Növbəti valyuta hərracı keçirilib

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.07.2024)

Bu günün valyuta məzənnələri-17.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı