CNBC: Avropanın təbii qaz böhranı hələ indi başlayır

Noyabrın ortasından Avropa İttifaqı (Aİ) ölkələrinin təbii qaz ehtiyatı 95%-dən çox dolu idi. Bu isə Avropa Komissiyasının martda açıqladığı 80%-lik bir hədəfdən yüksək idi. Belə bir nəticə əlbəttə ki, istehlakçıların üzərinə qoyulan qiymət təzyiqini aşağı salırdı, ancaq görünən odur ki, Aİ-nin enerji böhranı hələ də sona çatmayıb. 

BBN.az bu haqda CNBC.com-un hazırladığı video reportaja istinadən xəbər verir. 

Liderlər və enerji ekspertləri isə bildirirlər ki, onlar isə daha çox növbəti qış üçün narahatdırlar. Bura bir sıra səbəblər daxildir, belə ki, Rusiyanın təbii qazı daha Avropa üçün əsas mənbələrdən biri olmayacaq. Belə ki, növbəti illərdə vəziyyətin necə olacağını təxmin etmək üçün təkcə 2021-ci ildəki statistikaya baxmaq olar.

2022-ci ildə Euorstat-ın data və təxminlərinə görə, 2021-ci ildə Avropa xam neftin 26%-ni, kömürün 52%-ni, təbii qazın 52%-ni Rusiyadan alırdı. Bu nəticələrə, əsasən demək olar ki, Rusiya Avropanın əsas enerji təchizatçısı idi. Bildirək ki, 2022-ci ilin əvvəlindən, Ukrayna müharibəsi başlamazdan öncə (fevral), Avropa Rusiyadan təbii qazı əvvəlki illərdə olduğu kimi normal səviyyədə alırdı. Müharibədən sonra isə Moskva qəfildən Avropa üçün ixracı kəsdi, Avropa isə öz növbəsində alternativ enerji mənbələri haqqında yeni planlar hazırladı. 

Bu gün isə Avropanın yeganə ümidi LNG-dir (maye qaz). 2021-ci ildə Aİ LNG-nin 16-ni Rusiyadan alırdı, qalanı isə digər ölkələrin Qətər, Nigeriya, ABŞ, Əlcəzairin payına düşürdü. Lakin Avropa isə bu halda özünü rəqabətdə görəcək, belə ki, 2021-ci ildə LNG-nin əsas alıcısı Çin olub. Lakin 2022-ci ildə isə Çin “0 Covid” siyasətindən dolayı daha az enerjidən istifadə edib və bu isə iqtisadiyyatı aşağı salıb. Lakin Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol isə CNBC.com-a müsahibəsində deyib ki, Çində vəziyyət düzələndən sonra bu LNG üzərində təzyiqi artıracaq və alıcıları çoxalacaq. 

2023-cü ildə isə Qlobal LNG təchizatının 20 milyard kub metr artacağı gözlənilir. 

CNBC-dən deyilib ki, əgər Çin LNG təchizatını 2021-ci ildəki səviyyədə bərpa etsə və Rusiya təbii qaz axınını Avropa üçün tamamilə kəssə, növbəti yay Avropanın 30 milyard kub metr səviyyədə bir boşluğu yaranacaq. Bu isə növbəti qışda Avropanın təbii qaz ehtiyatının yarısının boş qalacağı deməkdir. 

Hökumətlər isə enerji böhranından dolayı kifayət qədər vəsait xərcləyirlər, 2021-ci ilin sentyabrından isə Aİ-də 600 milyard avro enerji böhranından əziyyət çəkən istehlakçılara köməklik üçün xərclənib. 

Bəzi ekspertlər isə Avropanın 2024-2025-ci il ilə bağlı gələcəyindən optimisdirlər. 

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı