CNBC və “Statista” araşdırdı: TOP 200 qlobal fintex kompaniyaları – Siyahı

CNBC və müstəqil araşdırma şirkəti “Statista” birgə araşdırma aparıb və onlar TOP 200 qlobal fintex kompaniyalarının siyahısını hazırlayıblar.  

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, siyahıya Çinin “Ant Group”dan tutmuş, İsveçin “Klarna” şirkəti də daxil edilib. Bildirilir ki, “Statista” 9 müxtəlif bazar seqmenti üzrə 1.500-dən çox firmaları araşdırıb. TOP 200-ə isə yalnız əsas keyfiyyət göstəriciləri yaxşı olan, məsələn mənfəəti, istifadəçilərinin sayı və ümumi maliyyə vəziyyəti yüksək olan şirkətlər daxil edilib. 

Yekun siyahıya isə “Ant Group”, “Tencent”, “PayPal”, “Stripe”, “Klarna”, “Revolut” kimi böyük şirkətlər ilə yanaşı, maliyyə bazarında gələcək yerini axtaran və inkişaf etməkdə olan bir sıra startaplar da daxil olub.  

Siyahıda ölkələr üzrə də axtarış etmək mümkündür, qonşu Türkiyədən isə yalnız yeni bankçılıq seqmentinə daxil olan “Papara” düşüb. Ukraynadan isə siyahıya yeni bankçılıq kateqoriyasına daxil olan “Monobank” daxil edilsə də, Rusiyadan heç bir şirkət siyahıda yoxdur. Azərbaycandan isə TOP 200 siyahıya düşən olmayıb. Həmin siyahıya BURA klik edərək baxa bilərsiniz. 

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı