“Coinbase” kriptovalyuta köçürmələri üzrə pilot layihəyə başlayıb

ABŞ mərkəzli rəqəmsal valyuta platforması “Coinbase” kriptovalyutalar ilə köçürmə əməliyyatlarının aparılmasının mümkünlüyü məqsədilə yeni pilot layihəyə başlayıb. Pilot layihənin ilkin adresi olaraq isə Meksika seçilib.

 Yeni pilot layihəyə əsasən, istehlakçılar “Coinbase” tətbiqetməsi vasitəsilə həyata keçirilən pul köçürməsi nəticəsində alan şəxsə bildiriş gələcək və kriptopulun nağdlaşdırılması və ya virtual balansa köçürülməsi ilə bağlı seçim imkanı əldə edəcəklər. Kriptopulun nağdlaşdırılması isə ölkədə fəaliyyət göstərən 37 min fərqli pərakəndə satış məntəqəsində mövcud olan terminallardan aparıla biləcək.

“Coinbase” tərəfindən verilən açıqlamaya əsasən, mart ayının sonunadək aparılan kriptovalyuta köçürmələri tranzaksiyalarından heç bir faiz tutulmayacaq. Sözügedən tarixdən sonra tutulan faiz dərəcələri isə ortalama bazar göstəricisindən 25%-30% az olacaq.

Qeyd edək ki, 2020-ci ildə pul köçürmələri bazarı 700 milyard dollar səviyyəsində dəyərləndirilib. 2030-cu ilədək isə bu göstəricinin 1.22 trilyon dollara yüksəlməsi proqnozlaşdırılıb.

BlockWorks

Related posts

Bu günün valyuta məzənnələri-23.12.2024

Bu günün valyuta məzənnələri-20.12.2024

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı