Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb - BBN

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan “Tree Energy Solutions” (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.

Sənədə əsasən, TES-in regionda qabaqcıl apstrim modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.

Related posts

SOCAR Trading: Yaşıl enerji və çoxfunksiyalı xammal neft-kimya sənayesinin gələcəyini müəyyən edəcək

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

ABŞ-ın xam neft ehtiyatları təxminən 1,9 milyon barel artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı