“COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda onlayn konfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startup hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib. Konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.

   Daha sonra, “New Castle Universiteti”nin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startup biznes modelinə təsiri”,  “Unimetal and ProMetal Group” şirkətinin içracı directoru Rufat Azizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılğının mərhələləri”, “Founder Institute”-un yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startupa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.

Pandemiya digər sahələrlə yanaşı startupları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startupların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində starupların post-pandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı