“Curve” rəqəmsiz kartlar istifadəyə verəcək

İrlandiya mərkəzli kard konsolidasiya tətbiqi “Curve” Avropada ödəniş kartları üzrə yeniliyə imza atıb. Belə ki, şirkət daha təhlükəsiz və daha rahat hesab etdiyi rəqəmsiz ödəniş kartlarını istifadəyə verəcək.

İlkin mərhələdə “Curve” şirkətinin investorlarına istifadə üçün təqdim ediləcək bu rəqəmsiz kartlar daha hamar görünüşə malik olmaqla yanaşı, onlayn tranzaksiyaların daha rahat və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan tanıyacaq.

Bununla yanaşı, kart məlumatlarının kartın öz üstündə yox, PIN kod və biometrik identifikasiya ilə qorunan tətbiqetmədə yer alması onu daha təhlükəsiz edir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı