“Cyber Monday” alış-verişi gözləntiləri qarşılamadı

Beynəlxalq olaraq hər ilin noyabr ayının son bazar ertəsi günü keçirilən “Cyber Monday” endirimləri bu il də böyük səs-sorağa səbəb olub. Bununla belə, endirim günü həyata keçirilən alış-veriş həcmi gözləntilərdən aşağı olub.

“Adobe Analytics” tərəfindən həyata keçirilən araşdırmanın nəticələrinə istinadən, 2021-ci il “Cyber Monday” satışları 2020-ci ilə (10.8 milyard dollar) nisbətdə 100 milyon dollar azalaraq 10.7 milyard dollar səviyyəsində qərarlaşıb.

Ümumilikdə isə, noyabr ayı ərzində istehlakçıların həyata keçirdiyi alış-verişin ümumi həcmi 109.8 milyard dollara yaxındır. Proqnozlar isə, 111 milyard dollar səviyyəsindən yüksəkdir. Geriləməyə əsas səbəblərdən biri kimi isə, “Black Friday” endirimləri ərəfəsində satışların ötən ilə nisbətdə azalması da göstərilə bilər.

“Adobe Analytics” araşdırmasına əsasən, endirimlər zamanı “AirPods”, “Nintendo Switch”, “Xbox”, “Meta” (əvvəlki adı Oculus) cihazları, həmçinin HP, Lenovo və Dell kompyuterləri ən çox satılan məhsullar siyahısında yer alıb.

Related posts

Qızılın qiyməti düşüb

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

Əmtəə bazarlarında qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı