Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dənizkənarı bulvar ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib - BBN

Dənizkənarı bulvar ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə maarifləndirici görüş keçirilib

Maarifləndirici görüşdə sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.

“Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə dənizkənarı bulvar ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələrində mövcud problemlərin həlli istiqamətində Agentlik tərəfindən atılan addımlar, istehlakçıların əsas hüquqları və sahibkarların bu sahədə vəzifələri, Agentliyin istehlak bazarında nəzarət sahələri barədə ətraflı məlumat veriblər. Həmçinin ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi üzrə etibarlı təminat sisteminin yaradıldığı və bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul olunduğu diqqətə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

Related posts

ABB-nin AI-nur və AI-khanı – 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb

Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı