Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 KOB subyektinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 9-u hüquqi, 1-i fiziki şəxsdir. Müvafiq sənəd “Pacco onlayn ticarət” MMC-nin onlayn gül və hədiyyə sifarişi platforması, “MRP” MMC-nin müştəri rəyləri platforması, “Renter” MMC-nin onlayn icarə platforması, “Kodlasan” MMC-nin abituriyentlərin qəbul ərizələrinin tərtibatı üçün ağıllı onlayn platforması, “AREA Engineering” MMC-nin fındıq yığımı prosesini avtomatlaşdıran texnikası, fərdi sahibkar Elnur Xəlilsoyun iş anketlərinin yaradılması üçün onlayn platforması, “Etik Teknoloji Baku” MMC-nin sənədlərin elektron imzalanması və rəqəmsal sənəd dövriyyəsi platforması, “SOS Avto” MMC-nin nəqliyyat vasitələrinin evakuasiyası üçün mobil tətbiqi, “BYQR” MMC-nin restoranlar və hotellər üçün rəqəmsal menyu platforması, “Tezfinance Tech” MMC-nin maliyyə qurumları üçün süni intellektə əsaslanan çat bot layihələri üçün təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 161-ə çatıb.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı