“Daha bir ABŞ bankı iflasın eşiyindədir”

“Yeni bir həftə və yenə daha bir ABŞ bankı ilə bağlı problem var. Hazırda problem isə “First Republic” ilə bağlıdır. Bu bank ölkənin 14-cü ən böyük banklarından biridir və iflasın eşiyindədir”.

BBN.az xəbər verir ki, bu haqda maliyyə məsləhətçisi Linas Beliunas özünün LinkedIn platforması üzərindən yazıb.

“Onun dəyəri 40 milyard dollardan çox qiymətləndirilirdi, ancaq hazırda “First Republic Bank demək olar ki, dəyərsizdir”, – deyə o, qeyd edib.

Onun sözlərinə əsasən bazar ertəsi günü adıçəkilən bank 2023-cü ilin I rübü ilə bağlı hesabatında qeyd edib ki, həmin dövrdə 100 milyard dollar depozit itirib. Bu isə “Silicon Valley Bank və “Signature Bank”ın iflasından sonra baş verib. ABŞ-ın 11 ən böyük bankları isə ötən ay “First Republic” bankına kömək məqsədilə 30 milyard dollar depozit dəstəyi etmişdilər.

Qeyd edək ki, ABŞ-da banklarının iflas dalğası cari ilin mart ayında başlamışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı