Daha bir elektron pul təşkilatı Mərkəzi Bankdan müddətsiz lisenziya alıb

Male arm in suit offer insurance form clipped to pad and silver pen to sign closeup. Strike a bargain, driver money loss prevention, secure road trip, harmless drive idea, owner protective concept

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

BBN.az AMB-yə istinadən xəbər verir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı