“Daimler AG” dividendləri kəskin azalıb

Alman avtomobil nəhəngi “Daimler AG” 2019-cu il üzrə maliyyə hesabatını yayımlayıb. Hesabatda ən diqqət çəkən məqam, şirkətin dividend ödənişlərinin 2008-ci ilin krizisindən bu yana ən aşağı səviyyəsinə enməsi olub. Səhmbaşına ödənilən dividend məbləği 6.78 avrodan 2.22 avroya enib. Səhmdarların 2019-cu il üzrə ümumi gəliri isə 7.2 milyard avrodan 2.4 milyard avroya geriləyib. Şirkətdən verilən açıqlamada, dividendlərin 0.9 avroya qədər azala biləcəyi bildirilib.

“Daimler” şirkətinin baş icraçı direktoru Ola Kallenius azalmaların əsas səbəbi kimi, elektriklə işləyən avtomobil trendinin çox sürətlə yayılmasını və şirkətin bu yöndə fəaliyyətini möhkəmləndirə bilməsi üçün xərcləri azaltmalı olmasını göstərib.

Alman xəbər agentliyi “Handelsblatt”a istinadən, 2022-ci ilədək “Daimler”in 10000, daha sonra isə əlavə 5000 işçisini ixtisara salması gözlənilir. Bununla da, şirkət elektrikli avtomobil istehsalına yönələ bilmək üçün xərclərini 1.5 milyard dollar azaldacaq.

“Şirkət kökündən dəyişiləcək və biz bunun həyata keçməsi üçün 7/24 işləyəcəyik” deyə vurğulayan Ola Kallenius 2020-ci ildə şirkət gəlirlərinin ötən ilə nisbətdə artacağını vəd edib.

Müqayisə üçün qeyd edək ki, 46 milyard avroluq market kapitalizasiyasına malik olan 94 illik şirkət, 2003-cü ildə yaranan elektrikli avtomobil istehsalçısı “Tesla”dan iki dəfədən çox kiçikdir.

Related posts

Amazon Amazon Haul ilə Temu ilə rəqabət aparacaq

Meta Instagram və WhatsApp satmalı ola bilər

Softgile: Bakıdan Başlayaraq Beynəlxalq Uğura Gedən Yol

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı