Daşınmaz əmlak sektorunda Çin şirkətlərinin hegemonluğu davam edir

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərinin  dəyərinə görə sıralamasını əks etdirən “Real Estate Services 25” hesabatını dərc edib. Ümumi göstəricilərə nəzər saldıqda, Çin mərkəzli şirkətlərin dəyər itirdiyi məlum olsa da, sektordaxili hegemonluğunun gözəçarpan olduğu görmək mümkündür. Belə ki, dünyanın ən böyük 25 daşınmaz əmlak şirkətinin 21-i (84%) Çinə, 3-ü ABŞ-a, 1-i isə Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur.

Hesabata istinadən, sözügedən sektorda dünyanın ən dəyərli şirkəti “Country Garden” olub. Şirkətin marka dəyəri ötən ilə nisbətən 27.3% azalsa da, 19.49 milyard ABŞ dolları ilə lider olub. “Vanke” 23.88% ucuzlaşaraq, 12.97 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Greenland”  şirkətinin ümumi dəyəri isə 26.8% azalaraq 8.24 milyard ABŞ dolları olub. Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Longfor Properties” (8.1 milyard $) və “Poly Real Estate” (7.85 milyard $) şirkətlərinə layiq görülüb.

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı