Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Lənkəranda və Cəlilabadda vətəndaş qəbulu keçiriləcək - BBN

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Lənkəranda və Cəlilabadda vətəndaş qəbulu keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 16-də publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 84 a) Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları, yanvarın 18-də isə publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 60) Cəlilabad, Biləsuvar və Masallı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 249-49-23, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az) və 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: 050 369-20-43; (2525) 4-71-46, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) müraciət edə bilərlər.

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı