Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri davam edir

Daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması üzrə səyyar xidmət 10-13 mart tarixlərində  paytaxtın Kürdəxanı qəsəbəsində göstəriləcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə sakinlər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi 7 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşaraq qeydiyyat xidmətlərindən yararlanacaq.

 Fərdi yaşayış evi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakları dövlət qeydiyyatına almaq istəyən şəxslər səyyar xidmət ofisinə müraciət edə bilər. Qeydiyyat üzrə sənədlərin qəbulu, hüquqi məsləhətlərin verilməsi və sualların cavablandırılması ilə bağlı vətəndaşlar səyyar xidmət avtobusuna saat 10:00-dan 17:00-dək yaxınlaşa bilərlər. Kampaniyanın birbaşa ünvanlarda keçirilməsi vətəndaşların xidmətlərdən rahat formada istifadəsinə yönəli

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı