Daşınmaz əmlakın səyyar qeydiyyatı xidməti Bakının qəsəbə və kəndlərində

Daşınmaz əmlakın qeydiyyatı xidmətlərində əlçatanlığın və mülkiyyət hüquqlarının geniş təminatı məqsədilə mart ayı ərzində səyyar kampaniya Bakı şəhərinin kənd və qəsəbələrində keçiriləcək. Müxtəlif səbəblərdən ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər.

Səyyar xidmət 2-6 mart tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində təşkil ediləcək. Sakinlərin xidmətdən çevik və rahat istifadəsinə imkan yaradan mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 N-li avtobusun son dayanacağı) olacaq.

Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək.

Xidmətdən istifadə etmək istəyənlər daşınmaz əmlak qeydiyyatı üzrə sənədlərin qəbulu, hüquqi yardımın göstərilməsi və suallarının cavablandırılması üçün saat 10:00-dan 17:00-dək səyyar ofisə müraciət edə bilərlər.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı