İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 11-də Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev Prospekti 242) Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 510-84-30 (daxili:72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 2494923, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az) 10 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.