Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib - BBN

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında ölkə Prezidentinin 17 noyabr 2023-cü il tarixli fərmanının daha effektiv icrası ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

BBN.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun üzvlərinin, Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda fərmanda əks olunan məsələlər və bu kontekstdə qarşıda duran qısamüddətli və uzunmüddətli strateji hədəflər müəyyən edilib. Həmçinin, adıçəkilən fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktlara edilməsi nəzərdə tutulan zəruri dəyişikliklər diqqətə çatdırılıb və bu mövzuda fikir mübadiləsi aparılıb. İclasın yekununda fərmanın vaxtında, keyfiyyətli, mahiyyəti üzrə tam icrasını təmin edəcək növbəti tədbirlər müəyyən olunub.

Related posts

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı