Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir - BBN

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində 2025-ci ilin may-oktyabr ayları ərzində Aqrar Xidmətlər Agentliyinin və “AzerGold” QSC-nin əməkdaşlarının iştirakı ilə AXA-nın mütəxəssisləri tərəfindən Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (Şadax ərazisi daxil olmaqla) və Bayan kəndlərində, həmçinin Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində kənd təsərrüfatı sahəsində monitorinqlər aparılıb, yerli əhali ilə görüşlər təşkil olunub.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən görülmüş profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, 140 baş iribuynuzlu, 145 baş xırdabuynuzlu heyvan və 63 arı ailəsi üzrə ümumi klinik müayinələr həyata keçirilib. Bundan əlavə, 7 293 m³ ərazi profilaktik dezinfeksiya olunub, mövsümi xəstəliklərin aşkarlanması məqsədilə 65 baş heyvandan qan nümunələri götürülərək müvafiq təhlillər aparılıb.

Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələri və örüş yerlərindən götürülmüş 51 torpaq nümunəsi, 8 suvarma suyu nümunəsi və 4 bitki nümunəsi analiz edilib.

Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən layihə çərçivəsində ev təsərrüfatlarında fitosanitar vəziyyət qiymətləndirilib, zərərli orqanizmlərin təsirinə məruz qalmış bitkilərdə monitorinqlər aparılıb. Həyətyanı sahələrdən ümumilikdə 366 bitki nümunəsi götürülərək laborator müayinəyə təqdim edilib. Təhlil nəticələrinə əsasən 79 bitki nümunəsində xəstəlik və zərərvericilər aşkarlanıb. Zərərvericilərlə mübarizə üsulları və bu istiqamətdə profilaktik tədbirlərin aparılması ilə bağlı 184 fermerə dəstək göstərilib.

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən yerli icmalar arasında 53 sorğu keçirilib, 31 təlim təşkil edilib. Təlimlərdə iştirak edən fermerlərə maarifləndirici kitabçalar və bukletlər paylanılaraq, zəruri məsləhətlər verilib.

Qeyd edək ki, layihənin məqsədi “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionlarda yerli icmalarla əməkdaşlığın gücləndirilməsi, kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsinə əlavə töhfələr verməkdir

Related posts

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Qızıl Yenidən Rekord Həddə: İranla Gərginlik Qiymətləri 5 000 Dolların Üzərinə Qaldırdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı – Statistika

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı