Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda kibertəxribatın hüquqi tənzimlənməsinin əhatə dairəsi genişlənib - BBN

Azərbaycanda kibertəxribatın hüquqi tənzimlənməsinin əhatə dairəsi genişlənib

Müasir dövrdə yalnız kritik informasiya infrastrukturlarının deyil, onlarla birbaşa və ya dolayı əlaqədə olan digər sistemlərin də müdafiəsinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində təşkil olunan panel müzakirələrində səsləndirib.

Onun sözlərinə görə, Milli Kibertəhlükəsizlik Mərkəzi APT (Advanced Persistent Threat) hücumlarının təhlili zamanı kiber kriminalistika sahəsində mürəkkəb hallarla qarşılaşır. D. Rüstəmov bildirib ki, yaddaş sahələrinin araşdırılması zamanı aşkarlanan zərərli proqram nümunələrinin təhlili nəticəsində hücumçuların istifadə etdiyi üsullar, komanda-kontrol serverləri ilə əlaqələr və məqsədlər müəyyən edilir.

Mərkəz rəhbəri qeyd edib ki, sonrakı tədqiqatlar zamanı zərərli proqramların RAM yaddaşında özünü kopyalaması, müxtəlif cihaz və şəbəkələrə yayılmağa çalışması kimi davranış modelləri də üzə çıxır.

Davud Rüstəmov vurğulayıb ki, APT hücumlarının aktuallığını artıran əsas amillərdən biri onların nəticələrinin qısa müddətdə aradan qaldırıla bilməməsidir.

“Bu hücumlar bizə illərlə zərər vurur, maddi itkilərə səbəb olur, cəmiyyəti və əhalini mühüm təminatlardan məhrum edir. Sənaye sistemlərinin fəaliyyətinin dayandırılması, həssas məlumatların və dövlət sirri təşkil edən informasiyaların ələ keçirilməsi təxribatın ənənəvi formalarının rəqəmsal mühitdə həyata keçirilməsidir”, – deyə o bildirib.

D. Rüstəmov əlavə edib ki, bu təhlükələr nəzərə alınaraq Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində edilən dəyişikliklər nəticəsində təxribat cinayətləri ilə bağlı məsuliyyət sərtləşdirilib və müvafiq hüquqi baza daha da gücləndirilib.

Mənbə: Report.az

Related posts

Elvin Balacanov: Kibertəhlükəsizlik sahəsinə investisiyanın əsas istiqaməti insan kapitalıdır

“Facebook” son 3 ayda Azərbaycandakı bazar payının yarısını itirib

Azerconnect Group AI-RAN Alyansına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı