“Daxili Audit” üzrə Ekspert Qrupunun onlayn görüşü keçirilib

15 may 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun onlayn görüşü keçirilib.

Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili Audit departamentinin baş auditoru Ramil Hacıbalayevin çıxışı ilə davam edib. İclas zamanı bankda agile prosesinin, pandemiya və krizis dövründə audit fəaliyyətinin təşkili və bir sıra digər məsələlər ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı