“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda konfrans keçirilib – Foto

23 oktyabr 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)-nın təşkilatçılığı ilə “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransı keçirilib.

Mikromaliyyə, kiçik bizneslərin və fərdlərin maliyyə resurslarına çıxışını təmin edərək sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Lakin davamlı və effektiv mikromaliyyə həlləri yaratmaq üçün ənənəvi metodlar bəzən kifayət etmir. Bu baxımdan innovativ yanaşmaların tətbiqi zərurətə çevrilib. Yeni texnologiyalar və innovativ maliyyə alətləri, mikromaliyyə sektorunu daha inklüziv və davamlı etmək potensialına malikdir. Azərbaycanda dayanıqlı mikromaliyyənin inkişafı kiçik müəssisələr və fərdlər üçün maliyyə əlçatanlığını artırmaq, həmçinin onların uzunmüddətli dayanıqlığını təmin etmək məqsədi daşıyır.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının Sədri Cəlal Əliyev, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyeva, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azər Əmiraslanov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidenti, Məmməd Musayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru, Toğrul Əliyev, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru, Sunniya Durrani-Camal, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri, Osman Xaliyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri, İnarə Vəliyev,  Azərbaycan Banklar Assosiasiyasının Prezidenti, Zakir Nuriyev, Polşa Mikromaliyyə Mərkəzinin Müşahidə Şurasının sədri, Arçil Bakuradze iştirak etmişdirlər.

AMFA Konfransını rəsmi açılışını elan edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının Sədri Cəlal Əliyev qeyd edib: “Rəqəmsal platformaların tətbiqi Mikromaliyyə İnstitutlarına (MMİ) ənənəvi maliyyə xidmətləri alətləri və kanallarına əlçatanlığı zəif olan əhaliyə daha yaxşı xidmət göstərməyə, maliyyə inklüzivliyini artırmağa və yoxsulluğun azaldılmasına töhfə verməyə imkan verir. Bununla belə, MMİ-lərin rəqəmsal savadlılıq, məlumatların məxfiliyi və kibertəhlükəsizlik kimi problemləri həll edərək rəqəmsal mühitdə ehtiyatla hərəkət etməsi vacibdir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, yaşıl maliyyənin tətbiqi, yalnız ekoloji mühitin qorunması ilə bağlı deyil, eyni zamanda iqtisadi artım və sosial rifahın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu sahədə irəliləyiş, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və innovativ yanaşmaların tətbiqi ilə mümkündür.

Qeyd olunan mövzulara əlavə olaraq, Konfransda tərəfdaşlar mikromaliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə AMFA xüsusi mükafatları ilə təltif olunmuşdurlar.

Tədbirdə aşağıda qeyd edilən mövzulara həsr olunan panel-müzakirələr keçirilmişdir:

  • Mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübə;
  • Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar;
  • Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları;
  • Mikromaliyyədə risklərin idarəetməsi;
  • Maliyyəyə çıxış imkanları: İnvestorların rolu və maliyyə inklüzivliyi landşaftı.

Panel-müzakirələrin məqsədi Azərbaycanda mikromaliyyənin mövcud vəziyyətini araşdırılmaq və onu qlobal tendensiyalarla müqayisə etmək, həmçinin rəqəmsal texnologiyaların mikromaliyyə əməliyyatlarına inteqrasiyasını və rəqəmsal mikromaliyyə landşaftında məlumat təhlükəsizliyinin təmin ermək, riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün həlli yolları müəyyən etmək və maliyyə inkiluzivliyinin formalaşmasına töhfə vermək olub.

Related posts

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlərə start verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı