Dekabrda Avrozonada inflyasiya gözləniləndən daha az çoxalıb

FILE PHOTO: A shopper pays with a euro bank note in a market in Nice, France, April 3, 2019. REUTERS/Eric Gaillard

Dekabrda ayında Avrozonada illik inflyasiya 2.9%-ə qədər artıb və bu isə gözlənilən 3%-dən daha azdır. Nəticədə 7 aylıq azalma tendensiyasını artım ilə dəyişib. Aylıq əsasda inflyasiya isə cəmi 0.2% artıb.

BBN.az xəbər verir ki, bu haqda isə cümə günü Avrostatın yenilənmiş məlumatında qeyd edilib.

Bildirilib ki, dekabrda ərzaq, alkoqol, tütün məmulatları üzrə inflyasiya isə daha çox artıb və illik artım isə 6.1% olub. Bu isə noyabrda qeydə alınan 6.9%-dən bir qədər azdır.

Əlavə edək ki, Avrostatdan öncə isə Avrozonanın ən böyük iqtisadiyyatının olduğu Almaniyada isə dekabrda illik inflyasiya 3.7%-ə çatıb və noyabrda qeydə alınan 3.2%-dən yüksəlib. Nəticələr isə ekspertlərin gözləntiləri ilə üst-üstə düşür. Dekabrda Fransada da inflyasiya 3.7%-ə yüksəlib və noyabrda qeydə alınan 3.5%-dən qismən artıb və ancaq yenə də ekspertlərin 3.6%-lik gözləntisindən az olub.

Qeyd edək ki, bir il öncə isə inflyasiya daha çox 10.10% olub və hazırda Avropa Mərkəzi Bankınn hədəfi isə 2%-ə çatmaqdır.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı