Dekabrın 1-də funt sterlinqin məzənnəsi dollara nisbətdə iyundan bu yana ən yüksək səviyyəyə qədər artıb – yeni proqnoz

Dekabrın 1-də funt sterlinqin dollara qarşı məzənnəsi 1.23 olub, bu isə iyundan bu yana ən yüksək göstəricisi hesab edilir.

BBN.az eubusiness.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın rəsmi məzənnəsini yüksəldəcək heç bir hesabat açıqlanmayıb, əksinə təsir edən isə ABŞ-da əmək bazarının hələ də güclü olduğunu nümayiş etdirən rəsmi rəqəmlər olub.

Eubusiness-dən bildirilib ki, Böyük Britaniyanın Mərkəzi Bankının (Bank of England) faiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı dekabrın 15-dəki qərarına, ölkədə bir gün öncə, yəni dekabrın 14-də açıqlanacaq İstehlakçı Qiymət İndeksi ilə bağlı hesabat təsir edəcək. Büdcə Məsuliyyəti üzrə İdarəsindən isə inanırlar ki, ölkə iqtisadi tənəzzülü artıq yaşayır, onları maraqlandıran isə Bankın faiz dərəcələri ilə bağlı növbəti qərarında nə qədər aqressiv ölçü qəbul edəcəyidir. 

Hazırda isə 1 funt sterlinqin məzənnəsi 1,23 dollardır, bu isə 1.1660 səviyyəsindən yüksəkdir.  

Gözlənilən aralıqlar:

Funt sterlinq/Dollar – 1.2230 – 1.2400 

Funt sterlinq/Avro – 1.1580 – 1.1700 

Avro/Dollar – 1.0410 – 1.0605 

Related posts

Bu günün valyuta məzənnələri-17.07.2024

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı