Dekabrın 4-dən öncə, 23 neft istehsal edən ölkələrin təşkilatı OPEC+un 34-cü iclasında neft istehsalını dəyişməz saxlayacağı ilə bağlı proqnozlar var idi. Videokonfrans formatında keçirilən OPEC+ ölkələrinin dekabrın 4-dəki iclasındakı qərarına, əsasən bildirmək olar ki, proqnozlar özünü doğruldub və onlar neft istehsalını dəyişməz saxlayıblar.
BBN.az saudigazette.com.sa-a istinadən xəbər verir ki, iştirakçı ölkələr belə qərara gəliblər ki, ehtiyac olarsa, bazarın inkişafı və balansın dəstəklənməsi üçün təcili əlavə ölçülər qərara ala bilərlər.
Onlar OPEC+ ölkələrinin 35-ci iclasını isə iyunun 4-ü, 2023-cü ilə planlaşdırıblar.
Bildirək ki, daha öncə təşkilatın Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qərar qəbul edilmişdir.