Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Deloitte" Azərbaycanın ÜDM strukturundakı dəyişiklikləri açıqladı - BBN

“Deloitte” Azərbaycanın ÜDM strukturundakı dəyişiklikləri açıqladı

2024-cü ildə Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) strukturu ötən illərlə müqayisədə əhəmiyyətli dəyişikliklərə uğrayıb. Bu barədə “Deloitte” şirkətinə istinadən məlumat verilir.

BBN.az xəbər verir ki, sənaye sektorunun (istehsal və emal) payı 2022-ci ildə 51,1 faizdən 2023-cü ildə 40,5 faizə, 2024-cü ildə isə 35,9 faizə düşüb. Eyni zamanda, sosial və digər xidmətlər (14,7 faizdən 19,9 faizə), ticarət və nəqliyyat vasitələrinin təmiri (8,2 faizdən 10,7 faizə), istehsal və idxala qoyulan xalis vergilər (7,4 faizdən 9,8 faizə), nəqliyyat və anbar təsərrüfatı (6,0 faizdən 7,0 faizə), tikinti (4,8 faizdən 6,7 faizə) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda (4,8 faizdən 5,7 faizə) artım müşahidə olunub.

2018-ci ildən dövlətin xarici borcu tədricən azalaraq 8,9 milyard dollardan 2024-cü ildə 5,1 milyard dollara enib. Eyni zamanda, daxili borc kəskin artaraq 1,3 milyard manatdan 18,7 milyard manata yüksəlib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə 83 milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM strukturunda sənayenin payı 34,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, kənd təsərrüfatı və tikinti hər biri 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə 1,8 faiz, digər sektorlar isə 20,7 faiz təşkil edib. Məhsullar və idxal üzrə xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Adambaşına düşən ÜDM 8111 manat olub.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı