Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ARDNF Yaponiyanın maliyyə institutları ilə əməkdaşlığı genişləndirir - BBN

ARDNF Yaponiyanın maliyyə institutları ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Yaponiyanın aparıcı maliyyə qurumları ilə əməkdaşlığını gücləndirir. Fondun İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

BBN.az xəbər verir ki, səfərin əsas məqsədi tərəfdaş institutlarla əlaqələrin dərinləşdirilməsi, maliyyə bazarlarının öyrənilməsi və yeni investisiya imkanlarının araşdırılması olub.

İlk olaraq Yaponiya Mərkəzi Bankının icraçı direktoru Koji Nakamura ilə görüşdə ölkənin monetar siyasəti, iqtisadi mühiti və qlobal trendlərin təsiri müzakirə olunub. Ardınca Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankının (JBIC) sədri Tadaşi Maeda ilə görüşdə birgə layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Tokio Fond Birjasında keçirilən görüşlərdə isə institusional islahatlar, şəffaflıq və korporativ idarəetmənin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Daha sonra nümayəndə heyəti “Sumitomo Mitsui Trust Group”, “Mizuho Financial Group”, “PGIM” və “PAG Real Assets” rəhbərliyi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqlar aparıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Osaka şəhərində keçiriləcək EXPO 2025 sərgisi üçün inşa olunan Azərbaycan pavilyonunu ziyarət edib. Burada ARDNF-nin strateji baxışı, maliyyə və investisiya təcrübəsi, eləcə də milli sərvətin dayanıqlı inkişafa yönləndirilməsində Fondun rolu barədə təqdimat edilib.

Report

Related posts

Yanvar-aprel aylarında sığorta bazarı 4 faizədək böyüyüb

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Dünya bazarlarında dollar həyəcanı: İranla danışıqlar fonunda məzənnə 6 həftənin zirvəsində!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı