Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib - BBN

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləmək məqsədilə yeni ixtisaslaşmış bankın yaradılması təklif olunub.

Bu təkliflə Milli Məclisin deputatı Əli Məsimli parlamentin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunmuş ictimai dinləməsində çıxış edib.

Deputat bildirib ki, aqrar sektorun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı istehsalçılarının daha əlverişli şərtlərlə kreditlə təmin olunması üçün Aqrar Sənaye Bankının yaradılması məqsədəuyğun olardı.

Əli Məsimlinin sözlərinə görə, belə bir maliyyə institutunun fəaliyyətə başlaması kənd təsərrüfatı və emal sənayesində çalışan sahibkarların daha aşağı faiz dərəcələri ilə maliyyələşməsinə şərait yarada, eyni zamanda sektorun inkişafına əlavə stimul verə bilər.

Qeyd edək ki, ictimai dinləmədə 2026–2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində aqrar sahənin inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də kənd təsərrüfatında maliyyə əlçatanlığının artırılması məsələləri müzakirə olunub.

Related posts

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

Avropa Mərkəzi Bankı əsas faiz dərəcəsini 2,25 faizə yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı