Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Deutsche Bank əsas bank sistemlərini dəyişir - BBN

Deutsche Bank əsas bank sistemlərini dəyişir

Deutsche Bank Böyük Britaniyanın Thought Machine şirkəti ilə 10 illik müqavilə bağlayaraq Almaniyadakı pərakəndə və sərvət idarəçiliyi fəaliyyətini yeni nəsil əsas bank platformasına keçirməyə başlayır.

Bankın məhsulları mərhələli şəkildə Thought Machine-in Vault Core platformasına köçürüləcək. Sistemlərin sınaqları 2026-cı ilin sonunadək davam edəcək, ilk məhsulların miqrasiyasına isə 2027-ci ildə başlanılması nəzərdə tutulur.

Deutsche Bank hazırda istifadə etdiyi əsas bank sistemlərinin sayını 15-dən 2-yə endirməyi planlaşdırır.

Bank Private Bank bölməsində sistemlərin konsolidasiyasına təxminən 600 milyon avro investisiya yatırır və 2028-ci ilədək illik təxminən 300 milyon avro xərc qənaəti əldə etməyi gözləyir.

Bu layihə iri bankların ənənəvi “legacy” sistemlərdən daha çevik və bulud əsaslı bank platformalarına keçidinin növbəti böyük nümunəsidir.

Mənbə: FinTech Futures

Related posts

Azərbaycanda biznes kreditlərinin həcmi 17,3 milyard manata çatıb

AMB sədr müavini Özbəkistan Mərkəzi Bankının rəsmisi ilə görüşüb

Azərbaycanın qara metal ixracı 23,5% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı