DGK xətti ilə büdcə daxilolmalarının həcmi açıqlanıb.
2022-ci ilin aprel ayı üzrə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə dövlət büdcəsinə 409 499.5 min manat vəsait daxil olub.
BBN.az Komitəyə istinadən xəbər verir ki, aprel ayında DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 107 745.2 min manatını gömrük rüsumu, 286 444.3 min manatını daxil olunan malların əlavə dəyər vergisi təşkil edir.
Qeyd edək ki, büdcə daxilolmalarının 10 667.9 min manatı aksizlər üzrə, 4 642.0 min manatı isə yol vergisi üzrə olub.
Aylar | Gömrük rüsumu üzrə | ƏDV üzrə | Aksizlər üzrə | Yol vergisi üzrə | Cəmi (min manatla) |
Yanvar | 94203.2 | 297713.8 | 8383.4 | 3652.3 | 403952.7 |
Fevral | 101509.4 | 301093.9 | 9546.9 | 4734.5 | 416884.7 |
Mart | 106824.0 | 289271.6 | 11259.9 | 3748.2 | 411103.7 |
Aprel | 107745.2 | 286444.3 | 10667.9 | 4642.0 | 409499.5 |