Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“digital.login”də yenilik: hesablara biometrik giriş açarı ilə daxil olmaq mümkündür - BBN

“digital.login”də yenilik: hesablara biometrik giriş açarı ilə daxil olmaq mümkündür

“digital.login” platformasında şəxsiyyət vəsiqəsinin identifikasiya kodu (FİN kod) ilə daxil olan istifadəçilərin hesablarının təhlükəsizliyini artırmaq məqsədilə biometrik giriş açarı funksionallığı (passkey) aktiv edilib. Platformanın yeni xüsusiyyəti sayəsində vətəndaşlar “digital.login” hesablarına əlavə parol daxil etmədən, sadəcə biometrik identifikasiya vasitəsilə – barmaq izi, üz tanıma və ya cihazdakı təhlükəsizlik açarı ilə daxil ola biləcəklər.

Beləliklə, biometrik giriş açarı hesabın təhlükəsizliyini artırır və parolun daxil edilməsi məcburiyyətini aradan qaldırmaqla daha rahat istifadəçi təcrübəsini təmin edir.

Biometrik giriş açarını aktivləşdirmək üçün:

– Şəxsi kabinetdə “Təhlükəsizlik” bölməsində yerləşən “Giriş açarı” altbölməsi seçilir;

– “Yeni” düyməsi kliklənərək açarın adı daxil edilir;

– “Əlavə et” düyməsi ilə sistemin cihaza uyğun təqdim etdiyi təlimatlar izlənərək açar yaradılır;

– Növbəti girişlərdə “İdentifikasiya nömrəsi ilə” giriş üsulu seçilir və “Giriş açarı ilə daxil ol” düyməsi kliklənir.

Biometrik giriş açarı haqqında daha ətraflı məlumatı digital.login veb-saytının “Tez-tez verilən suallar” bölməsindən əldə etmək mümkündür.

Related posts

Məcnun Məmmədov: “Banklar fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır”

Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı