Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir - BBN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti 25-27 dekabr tarixlərində Türkiyədə səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti İğdır şəhərində vali Ercan Turan və müfti Zahit Demirellə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında ortaq etnik və mədəni köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının uzaqgörən siyasəti sayəsində dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Həmçinin, bu siyasətin xalqlarımız arasında güclü qardaşlıq və əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub.

Nümayəndə heyəti Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq sahəsindəki səylərinə, multikulturalizm ideyalarının qorunmasının əhəmiyyətinə də diqqət çəkib.

Səfər proqramı çərçivəsində nümayəndə heyətinin Qars şəhərində də bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılır. Heyətdə həmçinin Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov yer alır.

Related posts

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Qızıl Yenidən Rekord Həddə: İranla Gərginlik Qiymətləri 5 000 Dolların Üzərinə Qaldırdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı – Statistika

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı