Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DMA ilə Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb - BBN

DMA ilə Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında Fəaliyyət Planı imzalanıb.

Fəaliyyət Planını Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov imzalayıblar.

Görüşdə M.Abbasbəyli Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrdən bəhs edib, məşğulluq sahəsində də əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini vurğulayıb.  Agentliyin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib.

D.Arqandıkov rəhbərlik etdiyi qurumun xidmətlərindən bəhs edib. Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib.

Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan və 2024-cü ili əhatə edən Plan əmək münasibətlərinin rəqəmsallaşdırılması, peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıq səfərlərinin, birgə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Related posts

İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

ABA DOST Agentliyinin təşkil etdiyi inklüziv məşğulluğa həsr olunmuş dəyirmi masada iştirak edib

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı