Dollar zəifləyir – Fed rəsmilərinin açıqlamaları investorları gözləmə mövqeyinə keçirib

ABŞ dolları həftənin ikinci iş günündə Asiya bazarlarında dəyər itirib. Səbəb kimi ABŞ Federal Ehtiyat Sisteminin (Fed) rəsmilərinin faiz endirimi ehtimallarına qarşı ehtiyatlı mövqeləri göstərilir.

BBN.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, ABŞ dollarının indeksi (DXY) ötən günki enişi davam etdirərək 97.28 səviyyəsinə geriləyib. Bununla da dollar ardıcıl ikinci ticarət günündə zəifləməsini sürdürüb.

Məlumatda qeyd olunur ki, Fed-in müxtəlif bölgə rəhbərləri, o cümlədən St. Louis Fed prezidenti Alberto Musalem və Atlanta Fed rəhbəri Raphael Bostic inflyasiya risklərinə diqqət çəkərək faiz endirimi qərarlarında ehtiyatlı davranılmalı olduğunu bildiriblər.

Bazar iştirakçıları bu açıqlamaları “şahin tonlu” kimi qiymətləndirərək istiqraz bazarında gəlirliliklərin artmasına səbəb olub. Xüsusilə ABŞ-ın 10 illik dövlət istiqrazlarının faizləri bu gün yüksəlib.

Digər tərəfdən, qlobal bazarlarda qızılın qiyməti yeni rekord səviyyəyə – 3 750 dollar/unsiya səviyyəsinə qalxıb. Analitiklər bunu həm dolların zəifləməsi, həm də risklər fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqələndirirlər.

ABŞ-da bu həftə açıqlanacaq Şəxsi İstehlak Xərcləri İndeksi (Personal Consumption Expenditures – PCE) göstəricisi Fed-in növbəti qərarları üçün həlledici ola bilər. Analitiklər bu göstəricinin bazar gözləntilərindən yüksək gələcəyi təqdirdə, faiz endirimi ehtimallarının daha da zəifləyə biləcəyini qeyd edirlər.

Related posts

Laqard: AİB faiz dərəcələrini saxlayır və avrozonanın iqtisadi dayanıqlığını qeyd edir

Mis qiymətləri qlobal iqtisadiyyatın nəbzini göstərir

ABŞ-da inflyasiyanın zəifləməsi fonunda qızıl qiymətləri gerilədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı