Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,43% artaraq, 2 060,1ABŞ dollarına bərabər olub.
BBN.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,45% artaraq 24,7 dollar təşkil edib.
Ekspertlərin bildirdiyinə əsasən dolların zəifləməsi və geosiyası narahatlığın artması fonunda qızıl və gümüşün qiymətləri artıb. Bildirək ki, qeyri-müəyyənlik dövründə adıçəkilən metalların qiymətində yüksəliş müşahidə edilir.