Dünya bazarında qızılın qiyməti 0,65% artıb. Aprelin 27-də “Comex” birjasında qızılın Nyu-York vaxtı ilə 02:28-də qiyməti 12.90 dollar, yaxud 0.57% bahalaşaraq 1 unsiyası 2,003.90 dollara satılıb.
Gümüşün qiyməti isə 0.17% artaraq 1 unsiyası 25.02 dollar təşkil edib. Bildirək ki, ABŞ dollarının ucuzlaşması qızılı başqa valyutalarla alış üçün əlçatan edir.