Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Donald Tramp 150 ölkəyə tarif məktubları göndərəcəyini açıqlıyıb - BBN

Donald Tramp 150 ölkəyə tarif məktubları göndərəcəyini açıqlıyıb

ABŞ 150 ölkəyə tarif məktubları göndərməyə hazırlaşır

BBN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp önümüzdəki iki-üç həftə ərzində təxminən 150 ölkəyə “tarif məktubu” göndəriləcəyini açıqlayıb. Prezident bu barədə dünən jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Bildirib ki, proses ABŞ-ın ticarət naziri Hovard Lutnik və Xəzinədarlıq naziri Scott Bessentin rəhbərliyi ilə həyata keçiriləcək.

Trampın sözlərinə görə, göndəriləcək məktublar hər ölkə üçün fərqli faiz tariflərini əhatə edəcək, məcburi və konkret olacaq. Sövdələşmələrdən çox təlqin xarakteri daşıyacaq bu məktublar, qərarların sürətlə qəbuluna və dəqiq razılaşmalara (və ya tarif tətbiqinə) yönəldiləcək. Məktublar zaman təzyiqi altında göndəriləcək və ABŞ-ın uzun danışıqlar aparmaq əvəzinə qısa zamanda nəticə əldə etməyi hədəflədiyini göstərir.

Digər tərəfdən, Çin və Böyük Britaniya ilə çərçivə sazişləri üzərində iş aparıldığı halda, Yaponiya, Cənubi Koreya, Aİ və Vyetnam kimi ölkələrlə ilkin danışıqlar davam edir. Bu ölkələrə də məktub göndərildikdən sonra tarif tətbiqinin gündəmə gələcəyi gözlənilir.

Qeyd edək ki, hazırda qüvvədə olan 10 faizlik “qarşılıqlı tarif” dövrünün iyulun 8-də başa çatması planlaşdırılır. Buna görə də “məktub prosesi”nin eyni vaxtda və paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Related posts

ING: Neftin qiyməti mənfi ssenaridə 121 dollara çata bilər

BBC-də kütləvi ixtisar: 2 min işçini ixtisar edəcək

Dünya nəfəsini dərdi: İsrail-Livan atəşkəsi neft qiymətlərini “yıxdı”!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı