Donald Trump X-ə, başqa adla Twitter-ə geri qayıdıb

ABŞ-ın sabiq prezidenti Donald Trump X-ə, yaxud başqa adla bilinən Twitter sosial şəbəkəsinə geri qayıdıb. 

BBN.az xəbər verir ki, o, 8 saat öncə özünün ilk postunu da paylaşıb. Onun son postu 50 dəqiqə keçməmiş 14 milyondan çox baxış əldə edib. Onun avqustun 24-də paylaşdığı postu isə həbs edilməsi ilə bağlı olub və özünün şəklini paylaşaraq bunun polislər tərəfindən çəkildiyini qeyd edib. 

Qeyd edək ki, sabiq prezidentin daha öncəki postu isə 2021-ci ilin yanvarın 8-də olub. Onun platformada bloklanmasına səbəb isə tərəfdaşlarını Konqres binasına hücuma təşviq etməklə bağlı olmuşdu.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı