DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin nümayəndə heyəti Avropa Sosial Şəbəkəsinin Belçika Krallığının Antverpen şəhərində keçirilən “32-ci Avropa Sosial Konfransı”nda iştirak edir.

“Gələcək sosial xidmətlərin yaradılmasında əməkdaşlıq” mövzusunda keçirilən konfransda  nümayəndə heyətinin rəhbəri, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlərdən bəhs olunub.

DOST konsepsiyasının sosial xidmətlər sahəsində gətirdiyi üstünlüklər, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları diqqətə çatdırılıb.

Konfrans çərçivəsində Avropa Sosial Şəbəkəsinin Direktorlar Şurasına yeni seçilmiş üzvlərin Avropa Sosial Şəbəkəsi üzvlərinə təqdimatı olub. Şuraya yeni üzv seçilmiş F.Məmmədov təqdimat zamanı DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi, iş prinsipləri, ölkəmizdə həyata keçirilən sosial islahatlar proqramı barədə məlumat verib.

Qeyd edək ki, F.Məmmədov ötən ilin noyabr ayından Avropa Sosial Şəbəkəsinin Himayədarlar Şurasının da üzvüdür. Qeyd edək ki, “32-ci Avropa Sosial Konfransı” 26-28 iyun tarixlərini əhatə edir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı