Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib - BBN

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İlk olaraq Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi Nigar Əliyeva “Xaric olan sənəd və müraciətlərin idarə olunması proseduru”nu yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.

Daha sonra DOST Xidmətləri departamentinin Xidmətlərin monitorinqi şöbəsinin referenti Aytac Qədirova “DOST” mərkəzlərinin 2023-cü ilin oktyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabatı İdarə Heyətinə təqdim edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı