Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyində “WindEurope” Assosiasiyasının icraçı direktoru ilə görüş olub - BBN

Energetika Nazirliyində “WindEurope” Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Energetika naziri Pərviz Şahbazov “WindEurope” Assosiasiyasının icraçı direktoru Gils Diksonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Assosasiya ilə külək enerjisi sahəsində, o cümlədən Xəzər dənizində hasil ediləcək elektrik enerjisinin Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ötürülməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Assosasiyaya üzv Avropa şirkətlərinin ölkəmizdə həyata keçiriləcək layihələrə developer və ya investor qismində cəlbi, həmçinin külək enerjisi qurğularının Azərbaycanda istehsalı imkanları nəzərdən keçirilib.

Nazir qonağa Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və layihələr, dekarbonizasiya hədəfləri, eləcə də ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması və ixrac istiqamətində beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda Xəzər dənizi və sahilyanı ərazilərdə zəngin potensiala malik külək enerjisindən istifadənin inkişafına yüksək əhəmiyyət verilir və bu sahəyə bir çox qabaqcıl enerji şirkətlərinin böyük marağı var.

Gils Dikson Assosiasiyanın fəaliyyəti haqqında məlumat verib. Avropada elektrik enerjisinə artan tələbat fonunda Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, “WindEurope” külək enerjisi potensialından istifadənin inkişafı sahəsində Avropa şirkətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

 

Related posts

The International PLUS-Forum Digital Uzbekistan will be held in Tashkent for the sixth time

Gərginlik “rəqəmsal qızıl”a tələbi artırır: Bitkoin 78 min dollar səviyyəsində möhkəmlənir

Trampın açıqlamaları neft bazarını qarışdırdı: “Brent” 106 dolları ötdü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı