DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə gündəlikdə olan məsələlər müzakirə olunub.

İclasda “Keyfiyyətin idarə edilməsi – 2024-cü il üzrə Fəaliyyət planı” mövzusunda təqdimat edilib. Həmçinin “Daxil olan sənəd və müraciətlərin idarə olunması”, “DOST Çağrı Mərkəzi 142” MMC-nin “Təcrübəkeçmə fəaliyyətinin tənzimlənməsi”, “Şikayətlərin və birbaşa cavablandırılması mümkün olmayan müraciətlərin araşdırılması” və “Analitik təhlil və hesabatlılıq işinə dair” prosedurlar təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub.

Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

Related posts

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Qubada Türk Dövlətləri Təşkilatının Rəqəmsal Aqro Data Platformasının yaradılması ilə bağlı iclası keçirilir

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı