DOST Agentliyinin İdarə Heyətinin sədri Moldovada işgüzar görüşlər keçirib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldovada bir sıra işgüzar görüşlər keçirib.

Moldovanın sosial müdafiə sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarında baş tutan görüşlərdə əməkdaşlıq əlaqələri müzakirə edilib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Fərid Məmmədov Moldovanın Sosial Sığorta üzrə Milli Kassanın direktoru Yelena Tsibırna ilə də görüşüb. Görüşdə Kişinyovda DOST modeli əsasında pilot mərkəzin test rejimində işə başlaması üçün gedən hazırlıqlar barədə müzakirələr aparılıb. Qeyd olunub ki, Milli Kassanın “bir pəncərə” prinsipi ilə xidmət göstərəcək mərkəzinin fəaliyyətə başlaması üçün intensiv hazırlıqlar aparılır.

Qeyd edək ki, DOST Agentliyinin nümayəndə heyətinin Moldova səfəri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandu çərçivəsində həyata keçirilir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı