DOST İş Mərkəzi İsmayıllıda ictimai dinləmə keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən avqustun 9-da saat 11:00-da İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ictimai dinləmə keçiriləcək.

Tədbirdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər – “İşsizin dostu” proqramı, proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və s. barədə məlumatlar veriləcək.

Həmçinin iştirakçıların rəy və təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı