“DOST İş” Mərkəzi “YAŞAT” Fondu üçün 150 nəfəri işlə təmin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi “YAŞAT” Fondunun şəhid ailələri və qazilərlə bağlı tədbirlərinə əlavə dəstəyin göstərilməsi məqsədilə 150 nəfəri işlə təmin edib. “İşsizin DOST”u proqramı çərçivəsində 150 sosial işçi Bakı və regional “ASAN xidmət” mərkəzlərinə təhkim edilib.

İşə qəbul olunan 150 nəfərin hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Ümumilikdə “İşsizin DOST”u proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı