DOST mərkəzinin əməkdaşları şəhid ailələrində olublar

DOST mərkəzlərinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlərini davam etdirir.

Bu gün 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları daha bir neçə şəhid ailəsində olaraq, onların sosial vəziyyətlərini öyrəniblər. Həmin ailələrə sosial ödənişlərin də təyinatı aparılıb, həmçinin Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib.

Bu dəfə isə şəhid ailələrinin üzvləri olan Ruxsarə Məmmədovaya, Rahilə Ramazanovaya, Şəhla Ağayevaya, Emulya Rzayevaya, Fərqiyyə Həşimovaya “Şəhid ailəsi üzvü vəsiqəsi” təqdim edilib. 

Şəhid ailəsi üzvlərinə sosial dəstək tədbirləri barədə məlumat verilib, onların yaşayışlarının DOST Agentliyi tərəfindən daim diqqətdə saxlanacağı bildirilib.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı