DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib

DOST mərkəzlərinin xidmətlərindən 2019-cu ildə 62 948 nəfər, 2020-ci ildə 2,8 dəfə çox olmaqla 177 632 nəfər istifadə edib.

Bu ilin yanvar-fevral aylarında isə 62 516 nəfər mərkəzlərin xidmətlərindən faydalanıb.

2019-cu ilin may ayından Bakıda 3 DOST mərkəzi istifadəyə verilib. Paytaxtın 8 rayonunun (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) sakini DOST xidmətləri ilə əhatə olunub. Ümumilikdə DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixinə 303 mini ötüb.

DOST mərkəzlərində dövlət sosial xidmətləri “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 97 faizdir.

142 – Çağrı mərkəzi tərəfindən isə 2020-ci ildə əvvəlki ilə nisbətən 3,3 dəfə çox olmaqla 673 374 vətəndaş müraciəti cavablandırılıb. Bu ilin yanvar və fevral ayları (81 051 müraciət) da daxil olmaqla Çağrı mərkəzi vasitəsilə 956 716 müraciətin cavablandırılması təmin olunub.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı