DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə 3 beynəlxalq İSO sertifikatı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə (DOST RİM) üç beynəlxalq İSO sertifikatı təqdim edilib:

    İSO 9001:2015 (“Keyfiyyəti İdarəetmə Sistemi”),
    İSO 20000-1:2018 (“İnformasiya Texnologiyaları Xidmətləri İdarəetmə Sistemi”),
    İSO 27001:2022 (“İnformasiya Təhlükəsizliyinin İdarəolunması”).

DOST RİM hər üç İSO üzrə bütün mərhələləri uğurla keçərək, müvafiq istiqamətlərdə aparılan qiymətləndirmənin nəticəsi olaraq həmin standartlara layiq görülüb.

Mərkəzdə standartların idarəetmə sistemində tətbiqi, habelə informasiya təhlükəsizliyi və risklərin, innovativ yeniliklərin idarə edilməsi sistemlərinin yerli və beynəlxalq tələblərə uyğunlaşdırılması və yekun olaraq müəssisənin sertifikatlaşdırılması həyata keçirilib.

Qeyd olunan İSO sertifikatlarının tələblərinə əsasən  DOST RİM tərəfindən Nazirliyin fəaliyyət sahələri üzrə e-xidmətlərin yaradılması və bu e-xidmətlərin dayanıqlığı təmin olunaraq, İT proseslərində və əməliyyatlarında davamlı təkmilləşdirmə işlərinin aparılmasında keyfiyyətli idarəetmənin tətbiqi və s. təşkil edilib.

DOST RİM-in fəaliyyətinin İSO standartlarına uyğun qurulması Mərkəzin fəaliyyət sahələri üzrə görülən işlərin keyfiyyətinin daha da yüksəlməsində və innovasiyaların tətbiqi prosesinin, idarəetmə sisteminin təkmilləşdirilməsi  istiqamətində önəmli rola malikdir.

Related posts

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Yanvar-iyul aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 223 mindən çox e-arayış verilib

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 14 faiz və ya 493 mln. manat artaraq 4 mlrd. manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı