Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
DOST RİM ISSA-nın beynəlxalq sertifikatına layiq görülüb - BBN

DOST RİM ISSA-nın beynəlxalq sertifikatına layiq görülüb

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) “Vision Zero” transformativ yanaşma konsepsiyasına dəstəkçi seçilərək beynəlxalq sertifikata layiq görülüb.
Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə 2012-ci ildə reallaşdırılan bu konsepsiya istehsalatda bədbəxt hadisələr, zərər və peşə xəstəlikləri üzrə yeni önləyici strategiya olaraq iş mühitinin hər fazasında təhlükəsizlik, sağlamlıq və rifah kimi təməl aspektləri ehtiva edir.
İdarəetmə Komitəsi və ISSA-nın xüsusi komitəsi tərəfindən idarə olunan bu platforma 135 ölkənin 300-dən çox dövlət və özəl qurumu tərəfindən dəstəklənir: https://visionzero.global/companies-and-partners
Beynəlxalq sertifikat müvafiq prosedurlar tamamlandıqdan və beynəlxalq ekspertlər tərəfindən qiymətləndirildikdən sonra DOST RİM-ə təqdim edilib.
Bu platformaya qoşulmaqla DOST RİM beynəlxalq fəaliyyətin stimullaşdırılması, əməyin mühafizəsi ilə bağlı qurumdaxili fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması və digər üstünlüklər əldə edəcək.
Qeyd edək ki, bu  2024-cü ilin 9 ayı ərzində  DOST RİM-in layiq görüldüyü sayca 21-ci beynəlxalq mükafatdır.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı